Sizin Reklam Burada
Xəbər lenti
16-09-2026
15-09-2026
BÜTÜN XƏBƏRLƏR

22 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürdü

Tarix: 22-10-2016 18:35     Baxış: 2406 A- / A+
 22 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürdü

Qax rayonunda 22 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb.

"Report"un Şimal-Qərb bürosu xəbər verir ki, hadisə bu gün günorta saatlarında Qax şəhərinin M.Ə.Sabir küçəsində qeydə alınıb.

Şəhər sakini, 22 yaşlı Musa Oktay oğlu Əhmədov həmin küçədə yaşayan vətəndaşın su çənini təmizləyərkən 10 kv-luq elektrik xəttinə toxunub və təxminən 8 metr hündürlükdən yerə yıxılıb.

Dərhal hadisə yerinə "Təcili tibbi yardım" briqadası cəlb olunub. Həkimlər gəldiyində Musa Əhmədov artıq keçinib.

Qax Elektrik Şəbəkədən "Report"un Şimal-Qərb bürosuna verilən məlumata görə, ölən şəxsin su çənini təmizlədiyi abonent qanunsuz olaraq 10 kv-luq elektrik xəttinin qoruq zonasının altında su çəni quraşdırıb. Musa Əhmədov da çənin üzərinə çıxdıqda başı gərginlik olan elektrik xəttinə toxunub.


Manevrr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar