Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Xaçmazda direktordan iyrənc əməl - Şagirdi otağına çağıraraq...

Tarix: 01-08-2018 22:30     Baxış: 2402 A- / A+
 Xaçmazda direktordan iyrənc əməl

Xaçmaz rayon Arzu kənd məktəbinin direktoru 62 yaşlı Gülfərz Alxasov məktəblilərdən birinə qarşı seksual xarakterli hərəkətdə ittiham edilir.

İddiaya görə, G.Alxasov 6-cı sinifdə oxuyan qızlardan birini otağında dodağından öpüb. Bu hadisəni həmin vaxt otağa daxil olan işçilərdən biri görüb.

Xaçmaz rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçi Ağamirzə Əzimov açıqlamasında yayılan məlumatdan xəbərdar olduqlarını bildirib:

“Bu barədə valideyn polisə məlumat verib, Təhsil Şöbəsinə də şifahi müraciət olub. Müraciət əsasında şöbənin əməkdaşları məktəbdə olub. Direktor, müəllim və şagirdlər danışdırılıb, izahatları alınıb. Polisə müraciət edildiyindən məsələ ilə bağlı polis tərəfindən araşdırma aparılır. Bu gün araşdırmanın nəticəsi bəlli olacaq”.

A.Əzimov bildirib ki, G.Alxasov 1996-cı ildən həmin məktəbdə direktor kimi fəaliyyət göstərir:

“Bu vaxta qədər direktor və məktəbdən hər hansı şikayət daxil olmayıb. Ancaq valideynin belə bir şikayət etməsinin səbəbi bəlli deyil”.

Təhsil Şöbəsinin əməkdaşı bildirib ki, polisin araşdırması nəticəsində valideynin iddiası təsdiqini tapsa, o zaman direktorun sonrakı fəaliyyəti barədə Təhsil Nazirliyi qərar verəcək: “Nazirliyin qərarı ilə vəzifəsindən azad edilə bilər. Bizim qərarımız yalnız onun təhsil fəaliyyəti ilə bağlı ola bilər”.

Direktor Gülfərz Alxasovla əlaqə saxlamağa çalışdıq, lakin polis bölməsində olduğundan danışa bilmədik. publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar