Sizin Reklam Burada
Xəbər lenti
BÜTÜN XƏBƏRLƏR

Afrikada məşhur azərbaycanlı jurnalist öldürüldü - YENİLƏNDİ

Tarix: 31-07-2018 22:02     Baxış: 4223 A- / A+
Afrikada məşhur azərbaycanlı jurnalist öldürüldü - YENİLƏNDİ

Qətlə yetirilənlərdən biri Azərbaycan əsilli məşhur ilahiyyatçı-filosof, yazıçı və politoloq, mərhum Heydər Camalın oğlu, müstəqil jurnalist Orxan Camaldır.

Publika.az xəbər verir ki, bu haqda TASS agentliyinə “Exo Moskva” radiostansiyasının baş redaktoru Aleksey Venediktov bildirdi.

O həmçinin dəqiqləşdirib ki, operator Kiril Radçenko və rejissor Aleksandr Rastorquyev Camalla birlikdə idilər. Onlar "Vaqner" özəl hərbi şirkətlə bağlı sənədli filmin çəkilişlərində iştirak edirmiş.

Qeyd edək ki, 51 yaşlı Orxan Camal 2003-cü ildə Rusiya Müsəlman Jurnalistləri İttifaqının təşkilatçılarlndan biri olub. Elə həmin il “Travel”(səyahət) jurnalistikası sahəsindəki fəaliyyətinə görə, dünyanın ən yaxşı media nümayəndəsi adına layiq görülüb. O, dəfələrlə qaynar nöqtələrdə olub. 2008-ci ildə Rusiyanın Gürcüstana müdaxiləsi zamanı “5 günlük müharibənin xronikası” adlı kitab yazıb. 2011-ci ilin avqustunda Liviyada ayağından ciddi yara alıb.

***

Rusiyanın üç vətəndaşı Mərkəzi Afrika Respublikasında öldürülüb.

Publika.az xəbər verir ki, bu haqda tvitter səhifəsində AFP agentliyi yazıb.

Agentlik təhlükəsizlik və dini dairələrdəki şəxsi mənbələrə istinad edir. Hadisənin heç bir təfərrüatı açıqlanmır.

Eyni zamanda AFP-a istinadən TASS agentliyi yazıb ki, rusiyalılara aid olduğu təxmin edilən üç insanın bədəni Sibyu şəhərinin 23 kilometrliyində aşkar edilib. Mənbələrdən birinin məlumatına görə, onlar naməlum silahlı şəxslər tərəfindən öldürülüb. Hadisənin 31 iyul gecəsi baş verdiyi bildirilir.

Hazırda bu informasiyanın rəsmi təsdiqi yoxdur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar