Sizin Reklam Burada
Xəbər lenti
18-09-2025
17-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda özünü qüllədən atmaq istəyənin kimliyi məlum oldu

Tarix: 21-10-2016 21:37     Baxış: 4501 A- / A+
 Bakıda özünü qüllədən atmaq istəyənin kimliyi məlum oldu


Bakıda qüllədən özünü atmaq istəyənin şəxsiyyəti məlum olub.

Musavat.com-un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, bu, 1975-ci il təvəllüdlü Səfərov Namiq İzzəli oğludur.

Namiq Səfərov bu gün Bakının Səbail rayonunda intihara cəhd edib. O, Bakı Dənizkənarı Milli Parkı ərazisindəki saat qülləsinə çıxıb və özünü oradan atacağı ilə hədələyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Aparılan psixoloji söhbətdən sonra Namiq Səfərov xilas edilib. O, Səbail Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Məlum olub ki, 41 yaşlı Namiq Səfərov bir müddət əvvəl Azərbaycana dərman preparatlarını qanunsuz yolla keçirmək istəyərkən saxlanılıb. Faktla bağlı araşdırmalara başlanılıb, Namiq Səfərovun ölkədən çıxışına qadağa qoyulub. O, intihara cəhd etməklə buna etirazını bildirib və xaricə səfər etməsinə imkan verilməsini tələb edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar