Sizin Reklam Burada
Xəbər lenti
26-02-2025
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda əri tərəfindən döyülən hamilə qadın komaya düşdü - FOTO

Tarix: 28-07-2018 12:38     Baxış: 4229 A- / A+
Azərbaycanda əri tərəfindən döyülən hamilə qadın komaya düşdü - FOTO

Lerik rayonunda hamilə qadın döyülüb.

Manevr.az report-a istinadla xəbər verir ki, hadisə rayonun Orand kəndində baş verib.

Həmin kəndin sakini, 24 yaşlı Fərəcova Zakirə Məhərrəm qızı əri və qaynı tərəfindən amansızcasına döyülüb. Qadın aldığı xəsarətlərdən komaya düşüb. Bu barədə zərərçəkənin atası Daxili İşlər Nazirliyinin "102" Xidməti- Zəng Mərkəzinə məlumat verib.

Zərərçəkənin atasının bildirdiyinə görə, qızını bacısı oğluna ərə verib:

"Bu hal birinci dəfə deyil ki, baş verir. Bundan əvvəl də oxşar hal baş verdiyindən Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişəm. Lakin izahatı alındıqdan sonra sərbəst buraxılıb".

Gecə saat 03:00-da qadın ağır vəziyyətdə özünü atasının evinə qədər çatdırıb, həyətə çatanda huşunu itirib. Zakirə Fərəcova ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanada Z.Fərəcovaya 13-14 həftəlik hamiləlik, sağ gözün hemotoması diaqnozu qoyulub. Əlavə müayinə olunmaq üçün qadın Diaqnostika Mərkəzinə göndərilib.

Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırma aparılır.
Azərbaycanda əri tərəfindən döyülən hamilə qadın komaya düşdü - FOTO

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar