Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
04-08-2026
BÜTÜN XƏBƏRLƏR

İtkin düşən çobanın meyiti yaxın saatlarda aidiyyəti üzrə təhvil veriləcək

Tarix: 27-07-2018 21:45     Baxış: 4263 A- / A+
İtkin düşən çobanın meyiti yaxın saatlarda aidiyyəti üzrə təhvil veriləcək


Zaqatalada itkin düşən çobanın meyiti yaxın saatlarda aidiyyəti üzrə təhvil veriləcək.

Manevr.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, iyulun 26-da Zaqatala rayonunun Car kəndi yaxınlığında dağlıq ərazidə aparılan axtarışlar zamanı FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qrupları tərəfindən aşkarlanan 1982-ci il təvəllüdlü İbrahimov Qurban İbrahim oğlunun meyitinin həmin gün götürülməsi əməliyyat şəraitinin mürəkkəbliyi əlaqədar (mürəkkəb reylefli yüksək dağ massivində havanın qatı dumanlı olması səbəbilə) mümkün olmayıb.

Meyitin götürülməsi üzrə tədbirlər iyulun 27-də gün ərzində aparılıb. Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərdən ibarət dəstələrinin həyata keçirdiyi tədbirlər nəticəsində Q.İbrahimovun meyitinin olduğu yerdən götürülərək nisbətən təhlükəsiz əraziyə daşınması mümkün olub. Hazırda meyitin dağdan endirilməsi üzrə tədbirlər həyata keçirilir.

İbrahimov Qurban İbrahim oğlunun meyiti yaxın saatlarda aidiyyəti üzrə təhvil veriləcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar