Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda taksi yüksək sürətlə beş avtomobilə çırpılaraq aşıb, xəsarət alanlar var

Tarix: 27-07-2018 08:48     Baxış: 3298 A- / A+
Bakıda taksi yüksək sürətlə beş avtomobilə çırpılaraq aşıb, xəsarət alanlar var


Sabunçu rayonunda yüksək sürətlə hərəkət edən avtomobil qəza törədib, iki nəfər xəsarət alıb.

Manevr.az bildirir ki, hadisə Bakıxanov qəsəbəsinə gedən yolda qeydə alınıb.

Belə ki, 90 PS 889 dövlət qeydiyyat nişanlı "Changan" avtomobili idarə edən 34 yaşlı Tural Abdullayev sərt döngədə nəqliyyat vasitəsini yüksək sürətlə idarə edib. Nəticədə onun taksi fəaliyyəti ilə məşğul olduğu avtomobilin sol təkəri səkiyə dəyərək qırılıb. Avtomobil yol kənarında dayanan "Toyoto" , "Nissan" , "Vaz 21011" , "Azsamand" və "BMW" markalı avtomobillərə çırpılıb. T. Abdullayevin idarə etməsindən çıxan "Changan" daha sonra bir neçə dövrə vuraraq aşıb.

Yol nəqliyyat hadisəsi zamanı "Changan" markalı avtomobilin sürücüsü T.Abdullayev və sərnişini 28 yaşlı Babək Hüseynov ağır bədən xəsarətləri alıb.

Hadisə şahidlərinin köməkliyi ilə hər iki şəxs 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Baş vermiş qəza ilə bağlı əraziyə Sabunçu Rayon Polis İdarəsi və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Hadisə zamanı zərər dəymiş avtomobillər araşdırmalar bitənədək cərimə meydançasına yerləşdirilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib./report.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar