Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Polad Bülbüloğlunun qardaşına qarşı dələduzluq edənə hökm oxunub

Tarix: 26-07-2018 14:52     Baxış: 4230 A- / A+
Polad Bülbüloğlunun qardaşına qarşı dələduzluq edənə hökm oxunub

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Məmməd Nəsibovun CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Manevr.az-ın məlumatına görə, ittiham aktına görə, Məmməd Nəsibov vətəndaş İradə İsmayılovaya Suraxanı rayonunun Hövsan qəsənəsində 15 sot sənədsiz torpağı 21.500 manata satıb, Çingiz Məmmədovun isə 200.000 manat pulunu alaraq, ona Abşeron rayonunda fərdi yaşayış evi tikdirəcəyini söz verib.

Həmçinin o, Adilə Məmmədovanın 120.000, Gülnaz Xayirovanın 43.000, Bahar Ələkbərovanın 17.000 və Bəhram Namazovun 28.100 manat pulunu ələ keçirib.

İstintaqın gedişatında məlum olub ki, zərərçəkmişlərdən biri - Ç.Məmmədov Azərbaycan Respublikasının bəstəkarı və müğənnisi, Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun qardaşıdır.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar