Xəbər lenti
Azərbaycanda DƏHŞƏT: ögey ata 5 yaşlı uşağını döyüb öldürdü

Kürdəmirdə fermada bədbəxt hadisə baş verib.
Manevr.az-ın xəbərinə görə, Kürdəmir rayon sakini, 2013-cü il təvəllüdlü Murad Bayraməli oğlu Yaqubov yüksək qızdırma nəticəsində ölüb.
M. Yaqubovun anası Sevanə Böyükağa qızı Yaqubova uşağın ölümünə günahkarın qeyri-rəsmi yaşadığı ikinci əri, Kürdəmir rayon Muradaxan kənd sakini Abdulla İnqilab oğlu Abdullayev olduğunu bildirib. S. Yaqubova övladı, 2013-cü il təvəllüdlü Murad Bayraməli oğlu Yaqubov ilə Tovuz rayonundan Kürdəmir rayonuna gəlib və A. Abdullayevlə qeyri-rəsmi yaşamağa başlayıb. Uşağın dəcəl olması ögey atanın ona olan münasibətini kəskin şəkildə dəyişib. Ögey ata A.Abdullayev müxtəlif vaxtlarda uşağa zor tətbiq etməyə başlayıb və ona küt alətlə mütəmadi xəsarətlər yetirib. Bir neçə gün əvvəl fermada Muradın qızdırması qalxıb və ötən gün o, dünyasını dəyişir.
Uşağın anası Sevanə Yaqubovanın dəfələrlə uşağı həkimə aparmaq lazım olduğunu bildirsə də, ögey ata hər dəfə ona etiraz edib, uşağın müalicə və müayinəsinə imkan verməyib.
Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3 cü maddəsi ilə cinayət işi açılıb. A. Abdullayev şübhəli şəxs qismində saxlanılıb./apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar