Xəbər lenti
Azərbaycan bayrağını öpən gənc həbs edildi
Güneyli fəal Camal Musəvinejad həbs edilib.
Manevr.az axar.az-a istinadən xəbər verir ki, İran İslam Respublikası əleyhinə təbliğat aparmaqda günahlandırılan güneyli milli fəal Şərqi Azərbaycan ostanının Apellyasiya Məhkəməsinin qərarı ilə bir il həbs cəzasına məhkum olunub.
C.Musəvinejada qarşı ittihamlar arasında millətçilik, Azərbaycan Respublikasının bayrağını öpmək və ona ehtiram göstərmək, milli düşüncələrə malik olmaq, 1945-ci il hadisələrini dəstəkləmək, Seyid Cəfər Pişəvəriyə ehtiram, sosial şəbəkələrdə milli zəmində fəaliyyət göstərmək və s. var.
Qeyd edək ki, məhkəmə Camal Musəvinejadın sosial mediadakı fəaliyyətlərinə və şəxsi kompüterində saxlanılan materiallarına, o cümlədən, Azərbaycan bayrağını öpərkən çəkilən bir fotosuna əsaslanaraq həbs qərarı çıxarıb.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar