Sizin Reklam Burada
Xəbər lenti
22-05-2026
21-05-2026
BÜTÜN XƏBƏRLƏR

Telman Adıgözəlovun vəfatıyla bağlı ŞOK FAKT: “Onu öldürdülər”

Tarix: 17-07-2018 16:43     Baxış: 3679 A- / A+
Telman Adıgözəlovun vəfatıyla bağlı ŞOK FAKT:


Bugün xalq artisti, bənzərsiz aktyor Telman Adıgözəlovun doğum günüdür.

Manevr.az xəbər verir ki, sənət dostu, əməkdar artist Hicran Nəsirova aktyorla bağlı xatirələrini Yenicag.az-a bölüşüb:

“Telman olduqca şux, həyatsevər bir insan idi, heç vaxt ölüm barədə düşünməzdi. Zarafatcıl insan idi. Biz tamaşa oynayanda pərdə arxasında dayanıb bizi güldürürdü. Amma qəribədir ki, bu cür pozitiv insan çox kövrək idi. Doğum günlərində həmişə gözləri dolurdu. Anası dünyasını dəyişmişdi. Həmişə ondan danışanda ağlayırdı. Onun yanında ana barədə mahnı oxuyan kimi gözünün yaşını sel kimi tökərdi. Xəstəliyini vaxtında özünə desəydilər, heç ölüm onu vaxtsız aparmazdı. Həkimlərdə günah olub. ”Evləri köndələn yar” tamaşasının ikinci hissəsi çəkilirdi. Aeroport yolunda çəkilişimiz oldu. Telman maşın sürürdü, mən də yanında oturmuşdum. Dedi ki, Hicran qolum çox ağrıyır. Dedim get həkimə, özünü yoxlatdır. Dedi getmişəm, həkimlər “osteoxondroz” diaqnozu qoyublar. Dedim əşşi, nə “osteoxondroz”, yəqin ürəyində problem var. İnfarkt da keçiribmiş. Təsəvvür edin, infarkt keçirən adamı “osteoxondroz” diaqnozu ilə massaj ediblər. Demək ki, onu həkimlər öldürdülər”.

Aktrisa onun toydan gələndən sonra, gecəyarısı həyatla vidalaşdığını xatırlayıb:

“Həmin gün toydan gəlib, keçib yerində uzanıb. Qızı mətbəxə keçəndə atasının otağında xırıldadığını görüb. Yaxınlaşıb, həkim çağırıblar, amma gec olub. Ölüm ona heç yaraşmırdı. Çox dostcanlı adam idi. İşdə kiminsə problemi olanda qabağa düşüb həll edirdi. Vaxtsız ölümü ilə dostlarını da yandırıb yaxdı”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar