Sizin Reklam Burada
Xəbər lenti
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı artisti kobra ilanı vurdu

Tarix: 16-07-2018 22:30     Baxış: 2785 A- / A+
Azərbaycanlı artisti kobra ilanı vurdu


Cənubi Azərbaycandan olan tanınmış illüziyaçı Aref Qafurini Türkiyədə kobra ilanı sancıb. Təhlükəli zəhərə qarşı zərdab vurulması üçün Misirə aparılmalı olan sehrbaz saatlarla hava limanında gözləsə də, viza ilə bağlı prosedurlar tamamlanmayıb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bildirilir ki, illüziyaçının sağalması üçün 8-12 saat müddətində ilan zəhəri əleyhinə olan zərdab vurulması lazımdır. Apron Jet Havacıkdan kirayələnən təyyarə Antalya hava limanında hazır vəziyyətdə viza işlərinin tamamlanmasını gözləyir. Lakin prosedurlar ləngidiyindən o, yenidən xəstəxanaya qaytarılıb.

Azərbaycanlı artisti kobra ilanı vurdu

Aref Qafuri
Mənbənin yazdığına görə, yanından ayrılmayan köməkçisinə “Bir neçə saatım var. Ölməyimi gözləyirlər? Niyə viza vermirlər?” deyə sual edir. İlanın zəhəri tam olaraq təsirini göstərməsə də, Arefin sözlərinə görə, artıq bədəninin bəzi hissələrində keyimələr əmələ gəlib.

Məsələ ilə bağlı Türkiyənin Qahirədəki səfirliyində də müəyyən addımlar atılmağa başlanılıb.

Məlumat üçün bildirək ki, Aref Qafouri 1989-cu ildə İranın Urmiya şəhərində doğulub. Azərbaycan türküdür. 18 yaşında Türkiyəyə gəlib və İstanbulda təhsil almağa başlayıb. Hazırda Ankarada yaşayan sehrbaz Türkiyənin məşhur “Yetenek sizsiniz” proqramından tanınıb. 2011-ci ildə “Dünyanın ən ekstrim sehrbazı” mükafatına layiq görülüb./Virtualaz.org/

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar