Sizin Reklam Burada
Xəbər lenti
25-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda dəhşətli qəza - Ata və qızı öldü, sürücü hadisə yerindən qaçdı

Tarix: 14-07-2018 13:16     Baxış: 4194 A- / A+
Bakıda dəhşətli qəza - Ata və qızı öldü, sürücü hadisə yerindən qaçdı

Bakıda ata və qızını piyada keçiddə vuraraq hadisə yerindən qaçmaqda təqsirləndirən Tofiq Qədirovun birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb.

Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Hakimlər kollegiyasının qərarına əsasən, T. Qədirovun şikayəti təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, ötən il noyabrın 23-də saat 07:00 radələrində Zabrat qəsəbəsi ərazisində yolu keçən paytaxt sakinləri Azər Əhmədov, onun arvadı Olqa və iki azyaşlı övladını naməlum avtomobil vuraraq, hadisə yerindən qaçıb.

Xəsarət alanlar 3 saylı kliniki xəstəxanaya çatdırılsalar da, A. Əhmədov və qızı Mədinənin həyatını xilas etmək mümkün olmayıb. Sabunçu RPİ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "VAZ 2107" markalı avtomobillə törədilməsi müəyyən edilib və onun sürücüsü, Kürdəxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Tofiq Qədirov saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar