Sizin Reklam Burada
Xəbər lenti
22-01-2025
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Atadan 8 aylıq qızına qarşı İNANILMAZ ƏMƏL: cinsi əlaqə və... - DƏHŞƏTLİ TƏFƏRRÜAT

Tarix: 13-07-2018 10:42     Baxış: 3211 A- / A+
Atadan 8 aylıq qızına qarşı İNANILMAZ ƏMƏL: cinsi əlaqə və... - DƏHŞƏTLİ TƏFƏRRÜAT



Ukraynanın Jitomir vilayətinin Berdiçev şəhərində saxlanılan pedofilin tutulmasının təfərrüatları məlum olub.

Körpənin anası ərinin hərəkətləri barədə polisin verdiyi kadrlardan sonra bilib.

Qadın ona verilmiş kadrlarda öz qızını və ərini tanıyıb. Kişi öz günahını tamamilə etiraf edib.

Məlumata görə, kişi Ukraynanın Donbas bölgəsində anti-terror əməliyyatlarında iştirak edib. O, daha əvvəl pornoqrafik xarakterli predmetlərinin hazırlanması və yayılmasına görə cinayət məsuliyyətinə cəlb edilmişdi. Lakin qonşuları onu nümunəvi ata, ailəni isə müvəffəqiyyətli hesab edirdilər. Qeyd edilir ki, heç kim indiyə kimi ər-arvad arasında münaqişə baş verdiyini görməmişdi.

Həkimlər körpəni müayinə ediblər. Bildirilir ki, onun sağlamlığı üçün heç bir təhlükə yoxdur. Qız anası ilə qalır. Məhkəmə kişi barəsində isə tezliklə həbs qəti-imkan tədbiri seçəcək.

Qeyd edək ki, Berdiçev sakinini iyulun 12-də saxlayıblar. Pedofil körpəylə cinsi əlaqəni təqlid edir və porno məhsulu pul üçün internetdə yayırdı.

"Bu səhər operativ-axtarış və istintaq hərəkətlərinin kompleksinin keçirilməsi nəticəsində kiberpolis şöbəsinin əməkdaşları növbəti əclafı saxladı. Jitomir vilayətinin sakini 2017-ci il təvəllüdlü qızıyla cinsiyyət münasibətlərini təqlid edir, pul mükafatı qarşılığında foto və videoları internetdə yayırdı. Görüntüləri dərc edə bilmirəm, çünki normal vətəndaşlar onlara baxa bilməyəcəklər, insanın tükləri biz-biz olur", - Ukraynanın Milli polisinin sədr müavini Vyaçeslav Abroskin Feysbukda yazıb.

TSN telekanalının məlumatına görə, kişi demək olar ki, son yarım il ərzində hər ay sosial şəbəkələrdə qızının dünyaya gəlməsinə görə çox şad olduğunu yazırdı. O, qızını "kiçik şahzadə" adlandırırdı.

Polislər pedofilin kompüteri və mobil telefonunu götürüblər. İlkin baxışdan sonra hüquq-mühafizə orqanları telefonda azyaşlı uşağın iştirakıyla pornoqrafik məzmunlu faylları aşkar ediblər. Götürülmüş texnika bütün lazımi ekspertizaların həyata keçirilməsi üçün ekspert mərkəzinə göndərilib.

Qeyd edilir ki, Ukraynanın hüquq-mühafizə orqanlarına ilkin informasiya avstraliyalı həmkarlarından daxil olub. Cinayətkar fotoları "Yandex.ru" Rusiya veb-resursunun köməyi ilə yayırdı. Veb-resursa giriş Ukraynanın ərazisində qadağan edildiyindən o, cinayət əməllərini uzun müddət davam etdirə bilib.

Cinayətkarı 15 il həbz cəzası gözləyir.publika.az\



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar