Xəbər lenti
Qəbələdə ağır qəza: DSMF əməkdaşı öldü

Qəbələ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Manevr.az apa-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 15:00 radələrində Qəbələ şəhərinin 28 May küçəsində qeydə alınıb.
Qəbələ şəhər sakini, Məmmədov Elçin Qüdrət oğlu 99-DK-409 dövlət nömrə nişanlı, "Hyundai Sonata" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və avtomobil yol kənarındakı beton hasara çırpılıb.
Hadisə zamanı sürücü Elçin Məmmədov aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib. Onun həyat yoldaşı Məmmədova Reyhan Səhrab qızı ağır bədən xəsarətləri aldığı üçün Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Məlumata görə, Elçin Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinin əməkdaşıdır.
Faktla bağlı Qəbələ rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər
Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar