Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyədə qatar aşdı: Ölənlər və yaralılar var FOTO

Tarix: 09-07-2018 10:21     Baxış: 3192 A- / A+
Türkiyədə qatar aşdı: Ölənlər və yaralılar var



Türkiyənin Çorlu şəhəri (Tekirdağ əyaləti) yaxınlığında Uzunköprüdən Halkalıya gedən sərnişin qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 24-ə çatıb.


Manevr.az məlumatına görə, bu barədə Türkiyə baş nazirinin müavini Rəcəb Akdağ bildirib.

Məlumata əsasən, Çorlu yaşayış məntəqəsi yaxınlığında baş verən qəzaya leysan yağışların yağması nəticəsində relslərin altındakı torpağın yuyulması olub.

Qeyd edək ki, iyulun 8-i yerli vaxtla saat 17:00-da Çorlu şəhəri yaxınlığında 362 sərnişin və 6 heyyət üzvünü Uzunköprüdən Halkalıya daşıyan 6 vaqondan ibarət sərnişin qatarı qəzaya uğrayıb. Nəticədə qatarın 5 vaqonu relsdən çıxıb.

8 iyul/21:35

Türkiyədə sərnişin qatarının qəzaya uğraması nəticəsində 10 nəfər ölüb, 73-ü xəsarət alıb.

Manevr.az xəbərinə görə, bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat yayıb.

21:28

Türkiyənin Tekirdağ əyalətinin Çorlu qəsəbəsi yaxınlığında Uzunköprü-İstanbul istiqaməti üzrə hərəkət edən sərnişin qatarı qəzaya uğrayıb.

Manevr.az Sözcü-yə istinadən verdiyi xəbərə görə, 6 qatardan ibarət qatarın beş vaqonu relsdən çıxaraq aşıb.

Qəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilsə də, onların dəqiq sayı barədə hələlik məlumat verilmir.

Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib.

İlkin məlumata əsasən, qəza zamanı qatarda 360 sərnişin olub.

Tekirdağın valisi Mehmet Ceylan hadisə ilə bağlı açıqlamasında “Hadisə havanın pisləşməsi nəticəsində meydana gəlib. Çoxlu sayda yaralı var. Ölənlər də var, amma indi dəqiq rəqəm söyləyə bilmirik”-deyə, bildirib.




Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar