Sizin Reklam Burada
Xəbər lenti
26 sentyabr
25 sentyabr
BÜTÜN XƏBƏRLƏR

Güclü yanğın başladi: FHN təyyarə və helikopteri havaya qaldırdı - YENİLƏNDİ

Tarix: 08-07-2018 14:53     Baxış: 437 A- / A+
Güclü yanğın başladi: FHN təyyarə və helikopteri havaya qaldırdı - YENİLƏNDİ

Samux rayonunun Burunqovaq kəndi yaxınlığından axan Alazan çayının sağ sahilindəki qamışlıq olan geniş və keçilməz (bataqlıq) ərazidə yanğın baş verib. Axşam saatlarında başlayan güclü külək tez bir zamanda yanğının genişlənməsinə səbəb olub.

Samux Rayon İcra Hakimiyyətinin müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Tahir Qarayev Azərtac-a bildirib ki, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yanğının söndürülməsi işlərinə cəlb olunub. Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri və aidiyyəti qurumlar da yanğının baş verdiyi ərazidə olublar. Bir istiqamətdə yanğının qarşısı alınıb.

Yanan sahənin bir hissəsinin bataqlıq olması səbəbindən yanğınsöndürənlərin və texnikanın əraziyə yaxınlaşması mümkün olmayıb. Bunun üçün Samux rayon Suvarma Sistemlərinin maşın mexanizmləri – traktor və ekskavatorları əraziyə cəlb edilib.

Yanğının baş verdiyi ərazi sərhəd bölgəsi olduğundan Dövlət Sərhəd Xidməti canlı qüvvə ilə kömək göstərib. Həmçinin yanğının söndürülməsində Burunqovaq kəndinin 20 nəfər sakini də yaxından iştirak edib.

Yanğının yaxınlıqdakı meşə zolağına keçmə təhlükəsi nəzərə alınaraq iyulun 8-də səhər saatlarından başlayaraq Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "BE 200 ÇS" amfibiya təyyarəsi və "Mi-17" yanğınsöndürmə helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

***
Samux rayonunun Burunqovaq kəndi yaxınlığındakı qamışlıq olan geniş və keçilməz (bataqlıq) ərazidə yanğın baş verib.

Manevr.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası yanğının söndürülməsi işlərinə cəlb olunub.

Bir istiqamətdə yanğının qarşısı alınıb. Yanan sahənin bir hissəsinin bataqlıq olması səbəbindən yanğınsöndürənlərin və texnikanın əraziyə yaxınlaşması mümkün olmayıb. Yanğının yaxınlıqdakı meşə zolağına keçmə bilməsi təhlükəsi nəzərə alınaraq Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "BE 200 ÇS" amfibiya təyyarəsi və "Mi-17" yanğınsöndürmə helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar