Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
22-04-2024
BÜTÜN XƏBƏRLƏR

Cinsi vəhşilik: İki qardaş iki azyaşlı qızı zorlayıb öldürdü - FOTOLAR

Tarix: 07-07-2018 16:41     Baxış: 2447 A- / A+
Cinsi vəhşilik: İki qardaş iki azyaşlı qızı zorlayıb öldürdü - FOTOLAR


Hazırda Almaniyada gündəmin əsas mövzusu Yaxın Şərqdən gələn siyasi mühacirlərlə bağlıdır. Bu məsələ ölkədə əsl hökumət böhranı yaradıb.

Mühacirlərin kütləvi surətdə yerləşdirilməsinə qarşı çıxan siyasətçilər, həmçinin media qurumları bunun üçün müxtəlif məlumat və faktları dəlil olaraq göstərirlər. Doğrudur, onların yanaşma tərzində qərəz və birtərəfliliyin payı da az deyil.

Bunlardan biri də Almaniyada böyük çaxnaşma yaradan, 14 yaşlı bir qızın boğularaq öldürülməsi hadisəsi ilə bağlıdır.

İraq mühaciri, Almaniyadan siyasi sığınacaq almaq istəyən Əli Bəşərin (21 yaş) 14 yaşlı Suzanna adlı qıza hücum edərək, onu boğub öldürməsindən 45 gün keçir.

Almaniyanın "Bild" qəzetinin yazdığına görə, müstəntiqlər Əli Bəşərin 11 yaşlı başqa bir qıza da təcavüz etdiyini müəyyənləşdiriblər: "Bu cinayəti Əli Bəşər 13 yaşlı qardaşı ilə birlikdə törədib. Özü də həmin qardaş "Suzanna işi"ndə AFR hüquq-mühafizə orqanlarına yardım və şahidlik edib".

Məqalədə yazıldığına görə, Maynts şəhərindən olan 14 yaşlı Suzanna may ayının 22-də yoxa çıxıb. Qızın yəhudi əsilli olduğu bilinir.

Onun yarpaqlarla örtülmüş cansız bədəni dəmiryol stansiyasının yaxınlığında tapılıb. Qızın öncə zorlandığı, daha sonra boğularaq öldürüldüyü aşkar edilib. Mansur adlı əfqan mühacir həm cinayətkarın yerini və adını bildirib, həm də meyitin gizlədildiyi məkanı göstərib.

Lakin o dövrdə Əli Bəşəri tapmaq mümkün olmayıb. Iraqlı mühacir tələsik şəkildə Almaniyanı tərk edərək, İraqın şimalına qaçmağa müvəffəq olub. Burada Şimali İraqın kürd hakmiyyəti onu ələ keçirərək, almanlara təhvil veriblər.

Almaniya Federal Polisinin şefi Ditmar Romann şəxsən özü cinayətkarın gətirilməsində iştirak edib. Əli Bəşər qızı öldürdüyünü boynuna alsa da zorlanma hadisəsini inkar edir.

Daha sonra istintaq zamanı Əli Bəşər və onun kiçik qardaşının, həmçinin 3-cü bir yeniyetmə şəxsin (yuxarıda bəhs olunan əfqan Mansur) həmin ilin mart-aprel aylarında 11 yaşlı başqa bir qıza qarşı da eyni əməli törətdikləri məlum olub.

Visbaden prokurorluğunun məlumatına əsasən, cinayət hadisəsi qaçqınların saxlanıldığı Visbaden-Erbenhayme bölgəsində baş verib.

"Hazırda Əli Bəşəri Suzanna hadisəsinə görə satan Mansur yeniyetmələr üçün həbsxanada saxlanılır. Bəşərin qardaşını isə cinayət məsuliyyətinə cəlb etmək mümkün olmayıb", - deyə məqalədə deyilir. // musavat.com

Cinsi vəhşilik: İki qardaş iki azyaşlı qızı zorlayıb öldürdü - FOTOLAR
Cinsi vəhşilik: İki qardaş iki azyaşlı qızı zorlayıb öldürdü - FOTOLAR

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar