Xəbər lenti
Naxçıvanda FACİƏ: ordumuzun maşını aşdı, 3 hərbçimiz öldü – YENİLƏNİB – FOTO

Dəhşətli qəza Naxçıvan Muxtar Respublikasında baş verib. İçərisində 12 hərbçi olan maşın aşıb. Qəza zamanı 3 nəfərin həlak olduğu bildirilir. Onlardan biri əslən Tovuz rayonunun Qaraxanlı kəndindən olan 28 yaşlı baş leytenant Hümbətov Orxan Bayram oğludur.
Onun cənazəsi bu gün Qaraxanlı kəndinə gətirilib. Bu dəqiqələrdə O.Hümbətov dəfn edilir.
Hadisə ilə bağlı nə Azərbaycan Müdafiə Nazirliyindən, nə də Naxçıvan Müdafiə Nazirliyindən məlumat öyrənmək mümkün oldu. Hərbi Prokurorluq da hadisə barədə açıqlama vermir.
X X X
Naxçıvanda hərbi maşının aşması nəticəsində həlak olan daha bir hərbiçimizin adı məlum oldu. Bu narədə millət vəkili Adil Əliyev ”Facebook” profilində şəhid əsgərin fotosunu paylaşaraq status yazıb:
”5 iyun Şərur rayonunun Günnüt kəndi istiqamətində Şərur Rayon Maxta kəndindən olan igid, vətən oğlu Həsənli Novruz Nəbi oğlu şəhid olub. Novruz Günnüt kəndinin azad olunmasında, fəallıq göstərib. Allah rəhmət eləsin. Ruhu şad olsun. Doğmalarına Allah səbr versin”.criminal.az
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər
Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar