Xəbər lenti
Ata oğlunun əl-qolunu bağlayıb, qardaşına döydürdü - Səbəbi təəccübləndirir FOTO

Sosial şəbəkədə atanın övladlarına qarşı münasibəti ilə bağlı yayılan video birmənalı qarşılanmayıb.
Videoda atanın oğullarından birinin qollarını bağlayıb, digərinə "döydürməsi" əks olunub.
Malaziyada Paul Lee adlı atanın öz uşaqlarına qarşı tətbiq etdiyi disiplin metodu sosial şəbəkələrdə yayılıb.
Belə ki, evin kiçik oğlu böyük qardaşı tərəfindən məktəbdə digər şagirdlərin gözü qarşısında döyülüb. Böyük qardaş yerdə yatan balaca qardaşın başından təpik vurub. Bu anın görüntüləri yayılıb.
Uşaqların atası böyük oğlunu cəzalandırmaq üçün qeyri-adi yol tapıb. O, böyük oğlunun qollarını bağlayıb, yerdə uzanmasını əmr edib. Sonra da döyülən, balaca oğlunu çağıraraq "ya başından təpiklə intiqamını al, ya da azad et" deyib. Evin kiçik oğlunun ürəyi dözməyib və bacısı ilə birlikdə qardaşının qolunu açıb. Bu hər kəsin gözü qarşısında balaca qardaşını döyən böyük oğul üçün dərs olub.
Videoya görə Paulu qınayanlar olsa da, çoxluq onun disiplin metodunu bəyənib.\milli.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar