Xəbər lenti
Ər kafedə işləyən arvadını qanına qəltan etdi

Zaqatalada ər arvadını bıçaqlayıb.
Ötən gün axşam saatlarında Zaqatala şəhərində fəaliyyət göstərən kafelərdən birində bıçaqlanma baş verib.
Kafedə işləyən Zaqatala şəhər sakini 1970-ci il təvəllüdlü Rəşid Çingiz oğlu Hüseynov hələ ki istintaqa məlum olmayan səbəbdən kafedə işləyən həyat yoldaşı 1976-cı il təvəllüdlü Kəmalə İlham qızı Hüseynovaya bir-neçə bıçaq zərbəsi vurub. Hadisədən sonra xəsarət alan Kəmalə Hüseynova Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
MRX-dan APA-ya bildirilib ki, Kəmalə Hüseynovaya sol kürək nahiyəsinin, qarnının və sağ süd vəzisinin kəsilmiş-deşilmiş bıçaq yarası xəsarəti diaqnozu qoyulub, müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır.
Hadisəni törətməkdə şübhəli sayılan Rəşid Hüseynov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























