Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda iş adamı qəza törətdi: yaralılar var

Tarix: 30-06-2018 13:00     Baxış: 2220 A- / A+
Azərbaycanda iş adamı qəza törətdi: yaralılar var


Zaqatalada yol qəzası baş verib, xəsarət alanlar var.
İyunun 29-u saat 16 radələrində rayonun Yengiyan kənd sakini 1968-ci il təvəllüdlü Telman Qurban oğlu Həsrətovun idarə etdiyi VAZ-21074 markalı, 10 MC 787 dövlət nömrə nişanlı minik avtomobili Zaqatala-Muğanlı yolunda idarəetmənin itirməsi səbəbindən yolun kənarındakı ağaclıq əraziyə girib.

Sürücü Telman Həsrətov xəsarət almasa da, avtomobildə sərnişin qismində olan rayonun Muxax kənd sakinləri - 1991-ci il təvəllüdlü Xuraman Xaləddin qızı Əhmədova, 1986-cı il təvəllüdlü Ülviyyə Davud qızı Ömərova, 1962-ci il təvəllüdlü Şəmsiyyət Hacıəhməd qızı Ömərova və 1978-ci il təvəllüdlü Şəfa Məhəmməd qızı Şabanova müxtəlif dərəcəli xəsarətlərlə Zaqatala Mərkəzi rayon Xəstəxanasına (MRX) aparılıblar.

MRX-dan bildirlib ki, xəsarət alanlardan Xuraman Əhmədovanın müalicəsi xəstəxanada aparılır. Digər üç nəfərin vəziyyəti yüngül olduğundan onalr xəstəxanada müayinə edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Məlumatda bildirlir ki, Telman Həsrətov rayonda iş adamı kimi tanınır, “Dağlar” kəndli-fermer təsərrüfatının rəhbəri və 2017-ci ilin payızında təsis edilmiş Azərbaycan Tütün İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədridir. Qəza zamanı avtomobilində olan qadınlar isə onun işçiləri olub.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar