Sizin Reklam Burada
Xəbər lenti
27-04-2024
26-04-2024
BÜTÜN XƏBƏRLƏR

Masallıda dəhşət-Ərinin işgəncələrinə dözməyən qadın intihar etdi

Tarix: 28-06-2018 15:10     Baxış: 3164 A- / A+
 Masallıda dəhşət-Ərinin işgəncələrinə dözməyən qadın intihar etdi

Masallının 2-ci Yeddioymaq kənd sakini cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.

Manevr.az ölkə.az-a istinadən xəbər verir ki, cinayət məcəlləsinin 125 (ölüm həddinə çatdırma) və 221.3 ( xuliqanlıq) maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilən Nəhmətov Daşqın Qurban oğlunun məhkəmə prosesinə hakim Əziz Seyidov sədrlik edəcək.

Xatırladaq ki, ibtidai istintaq orqanı tərəfindən Nəhmətov Daşqın Qurban oğluna cinayət məcəlləsinin 125 və 221.3-cü maddələri ilə ittiham elan olunub. Belə ki, 1994-cü ildə Nəhmətova Ülkər İsmayıl qızı ilə ailə qurub və iki uşaqları olub.

Masallının İkinci Yeddioymaq kəndində yaşadıqları dövrdə, 2013-cü ildən 2015-ci ilin oktyabr ayına qədər qızı Humra Nəhmətovanın, eləcə də qonşuların gözü qarşısında arvadının saçından tutub sürüyüb digər üsullarla fiziki və psixi zor tətbiq etməklə sifət nahiyəsinə çoxsaylı zərbələr vurmaqla amansız rəftar edib. Habelə arvadını əsaslı şübhələr olmadan, heç bir fakta əsaslanmadan gündəlik pul müqabilində əkin sahəsində işləməyə deyil, əxlaqsız hərəkətlər etmək üçün başqa şəxslərlə görüşə getməsini bəhanə gətirərək işləməyə qoymayıb, söyüb, təhqir edib.

Bu hərəkətlərdən Ülkər Nəhmətova bezərək dəfələrlə məcbur olub atası evinə gedərək orada qalıb. Ü.Nəhmətova ləyaqətinin mütəmadi olaraq alçalmasına dözməyərək uzun müddət davam edən fiziki və psixi təzyiqlərdən canını qurtarmaq üçün özünü öldürmə həddinə çatdırmış və nəticədə 17 oktyabr 2015-ci il tarixdə saat 19 radələrində yaşadığı evin arxa tərəfində yerləşən təndirxanada baş örtüyü ilə özünü asaraq intihar edib. Bundan başqa, Nəhmətov Daşqın Qurban oğlu 06 oktyabr 2015-ci il tarixdə saat 22 radələrində arvadı Ülkər Nəhmətova ilə yaşadığı evin həyətində uca səslə nalayiq ifadələr işlətməklə mübahisə etdikdən sonra silah qismində istifadə etdiyi mətbəx bıçağını götürüb arvadını əkin sahəsində işləməyə aparan həmkəndlisi Həsənova Nəzakət Əlihüseyn qızının qolundan tutub sonuncunun qonşuluqda yaşayan qaynı Həsənov Fəttah Həsən oğlunun evinə apararaq çoxsaylı qonşularının gözü qarşısında xuliqanlıq edib.

Masallı Rayon Məhkəməsinin hökmü ilə 1971-ci il təvəllüdlü Nəhmətov Daşqın Qurban oğlu Cinayət Məcəlləsinin 125 və 221.3-cü maddələri ilə təqsirli bilinib, 4 (dörd) il müddətə azadlıqdan məhrum edilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar