Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda klinikanın önündə vətəndaş öldü: Yardım etməyə həkim tapılmadı (VİDEO)

Tarix: 27-06-2018 16:50     Baxış: 4198 A- / A+
Bakıda klinikanın önündə vətəndaş öldü: Yardım etməyə həkim tapılmadı (VİDEO)

Bakıda 20 Yanvar metrosunun yaxınlığında yaşlı kişi dünyasını dəyişib.
Hadisə şahidinin sözlərinə görə, hadisə Yasamal rayonu ərazisində yerləşən "Yeni Med" klinikasının qarşısında baş verib. 50 yaşlarında olan kişinin klinikanın önündə ürəyi dayanıb. Məlumata görə, vətəndaşlar dəfələrlə klinikadakı həkimlərə kömək etmələri üçün çağırış etsələr də, klinikada ona yardım etməyə həkim tapılmayıb.

Vətəndaşlar özləri ürəyi dayanan kişiyə ilkin tibbi yardım göstərməyə çalışıblar. Ancaq bunun da fayda vermədiyini görüb təcili tibbi yardıma zəng ediblər. Ancaq təcili tibbi yardım maşını da hadisə yerinə gəlməyib. Nəticədə vətəndaşlar özləri onu yaxınlıqdakı Respublika Klinik Xəstəxanasına aparıblar. Ancaq yaşlı kişi yolda keçinib.

Məsələ ilə bağlı hadisənin baş verdiyi ərazidə yerləşən "Yeni Med" xəstəxana ilə əlaqə saxladıq.

Xəstəxana əməkdaşı açıqlamasında hadisənin baş verdiyini təsdiqləyib:

"Bəli, belə bir hadisə baş verdi. Biz geniş təchizatlı xəstəxana deyilik. Bura polikilinika tipli yerdir. Hazırda mərkəzdə həkim olmadığı üçün biz özümüz - tibb bacıları yardım etməyə çalışdıq. İlkin tibbi yardım zamanı vətəndaş artıq keçinmişdi. Onun nəbzi atmırdı. Biz bundan sonra təcili tibbi yardıma zəng etdik. Bilirsiniz ki, əgər ölüm faktı varsa bu zaman təcili tibbi yardıma zəng etmək lazımdır. Bundan sonra bəzi qəzəbli vətəndaşlar bizim mərkəzə hücum çəkdilər. Xəstənin həyat yoldaşı da hadisə yerinə gəldi. O, həyat yoldaşının ona zəng edərək ürəyində ağrılar olduğunu və buna görə xəstəxanaya getdiyini deyibmiş".

Həmin görütüləri təqdim edirik:azxeber.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar