Sizin Reklam Burada
Xəbər lenti
28-04-2024
27-04-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda təbii fəlakət: dağıntılar var - FOTO

Tarix: 25-06-2018 23:47     Baxış: 4188 A- / A+
Azərbaycanda təbii fəlakət: dağıntılar var - FOTO

Daşkəsən rayonu ərazisində iyunun 24-ü, saat 20:00 radələrində baş vermiş təbii fəlakət, güclü leysan yağışları səbəbindən yaranmış sel suları rayonun yol, elektrik, qaz və rabitə təsərrüfatlarına, sakinlərin fərdi yaşayış evlərinə və şəxsi təsərrüfatlarına, avtomobillərinə, ərazidə olan sosial obyektlərə, yaylaqlarda vətəndaşların mal-qarasına çox ciddi ziyan vurub.

Daşkəsən rayon İcra Hakimiyyətindən verilən məlumata görə, təbii fəlakət nəticəsində rayonun Təzəkənd, Pirverdilər, Rəsullu, Xoşbulaq, Qazaxyolçular, Qaraqullar kəndləri ərazisindəki körpülərə, yollara və obyektlərə daha çox ziyan dəyib.

Sel suları Təzəkənd kəndi ərazisində su keçid körpülərini tamamilə dağıdıb, Xoşbulaq kəndi ərazisində kəndin iki hissəsi arasında olan körpünü, bəzi istirahət-ticarət obyektlərinin köşklərini dağıdaraq aparıb, çay kənarında yerləşən bir neçə fərdi yaşayış evlərini yararsız hala salıb, bir çox yaşayış evlərini su basıb.

Qaraqullar kəndi ərazisində sel suları kəndlərarası avtomobil yolunun xeyli hissəsini sıradan çıxarıb, bir neçə avtomobili kənddən keçən çay sularının axınına salaraq aparıb. Çoxsaylı kənd yaşayış məntəqələrinin rayon mərkəzi ilə gediş-gəliş əlaqəsi kəsilib.

Sel suları xeyli elektrik və rabitə dayaqlarını, beş ədəd elektrik transformatorunu sıradan çıxarıb. Bir çox ərazilərdə dağlardan iri qaya parçaları qoparaq avtomobil yollarına tökülüb, həmin yollarda nəqliyyatın hərəkəti tam dayanıb və yararsız vəziyyətə düşüb.

Baş vermiş hadisə ilə əlaqədar dərhal Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev operativ qərargah yaradıb, aidiyyəti idarə, müəssisə, xidmət təşkilatlarının, səhiyyə və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə hadisə yerlərində baxış keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı sakinlərə dəymiş ziyanların qısa müddətdə aradan qaldırılacağına söz verib. Dəymiş ziyanların həcminin qaranlıq şəraitdə, gecə saatlarında müəyyənləşdirilməsi imkan xaricində olduğuna görə qısa müddətdə təcili tədbirlər görülməsi ilə bağlı aidiyyəti nazirliklərə məlumatlar verilib.

Hazırda Rayon İcra Hakimiyyətində yaradılmış qərargah tərəfindən gecə saatlarından səhərədək işləyərək daxili imkanlar hesabına vətəndaşlara lazımi kömək göstərilir.

Belə ki, kəndlərdə xəsarət alan sakinlərə Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilir. İnsan itkisi yoxdur.

Manevr.az
Azərbaycanda təbii fəlakət: dağıntılar var - FOTO
Azərbaycanda təbii fəlakət: dağıntılar var - FOTO
Azərbaycanda təbii fəlakət: dağıntılar var - FOTO

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar