Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şəkidə it uşağın başını qoparmaq istədi

Tarix: 22-06-2018 10:32     Baxış: 3293 A- / A+
Şəkidə it uşağın başını qoparmaq istədi



Şəkinin Baş Göynük kəndində dəhşətli hadisə baş verib. Həyətə soxulan it bir uşağın başını dişləyib və qoparmaq istəyib.

Manevr.az “xezerxeber.az”a istinadən xəbər verir ki, səsə gələn qadınlardan biriəlini itin ağzına salaraq uşağı xilas edib.

Məlum olub ki, həmin kənddə bir gündə 7 nəfəri it dişləyib.İt həyətə soxulub uşağın başını dişləyərək qoparmaq istəyib.

Rayonun Baş Göynük kənd sakini Günel Abdullayeva deyir ki, ötən gün uşaqlar həyətdə oynayarkən bir it həyətə daxil olub. Heyvan uşaqları görən kimi onların üstünə cumub.

Heyvan əvvəlcə, 4 yaşlı Aynur Abdullayevanı dişləmək istəyib.

Səsə gələn ailə üzvləri Aynuru qoruduqda isə it bu dəfə 6 yaşlı Nardanə Abdullayevanın başından tutub.

Bu zaman Günel Abdullayeva əlini itin ağzına salıb.Beləliklə, itin azyaşlını parçalamasının qarşısı alınıb. Gözü dönmüş heyvan həyətdən uzaqlaşıb.

Məlum olub ki, iyunun 20-i günorta saat 12 radələrindən başlayaraq axşam saat 19:30 radələrinə kimi Baş Göynük kənd sakinlərindən 7 nəfər itdişləmə diaqnozu ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Onlardan 3-ü azyaşlıdır.

Həmin şəxslər evə buraxılsalar da, nəzarətdə saxlanılırlar. Xəstəxanaya müraciət edənlərin hamısını eyni itin dişləyib-dişləmədiyi isə bilinmir. Hadisə ilə bağlı aidiyyatı qurumlara məlumat verilib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar