Sizin Reklam Burada
Xəbər lenti
25-02-2025
24-02-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda avtomobil tuneldən keçən sərxoş piyadanı öldürdü - FOTO

Tarix: 22-06-2018 09:18     Baxış: 4297 A- / A+
Bakıda avtomobil tuneldən keçən sərxoş piyadanı öldürdü - FOTO


Nərimanov rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Qəza Heydər Əliyev prospektində qeydə alınıb.

Belə ki, təxminən 50-55 yaşlı, şəxsiyyəti məlum olmayan kişi "Bağırov körpüsü" kimi tanınan körpünün altında, nəqliyyat vasitələrinin sürət həddinin saatda 90 km olduğu yerdən bir neçə dəfə yolu keçərək avtomobillərə mane olub. Sürücülər bu hərəkətinə görə ona bir neçə dəfə irad tutub. Buna baxmayaraq, həmin şəxs yolun digər tərəfinə yenidən keçərkən onu 1944-cü il təvəllüdlü Əliyev Tofiq Mahmud oğlunun idarə etdiyi 90-VA-050 dövlət qeydiyyat nişanlı "Ford Edge" markalı avtomobil vurub.

Nəticədə piyada hadisə yerində ölüb. Qəza ilə bağlı prospektdə sıxlıq yaranıb.

Hadisə yerinə Nərimanov Rayon Dövlət Yol Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Mahmud Abdullayev və Nərimanov RPİ-nin əməkdaşları cəlb edilib. Ərazidə avtotexniki ekspertiza təyin edilib. İlkin ehtimala görə, piyada sərxoş olub.

Qəzanı törədən avtomobil cərimə meydançasına yerləşdirilib, sürücü isə saxlanılıb.report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar