Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Braziliyada film kimi hadisə — Zorlanan qız 12 il sonra polis olub qisas aldı

Tarix: 20-06-2018 16:32     Baxış: 3779 A- / A+
Braziliyada film kimi hadisə — Zorlanan qız 12 il sonra polis olub qisas aldı



Manevr.az xəbər verir ki, 9 yaşında zorlanan qız böyüyərək polis olub və onu zorlayan şəxsi tutaraq həbsə göndərib.


2016-cı ilin dekabr ayında Tabata və Fabrisio yenidən üz-üzə gəlib. Bu, 12 ildən sonra baş verən ikinci görüş idi. Tabatanın 9 yaşı olanda 39 yaşlı evli, ailə dostu Fabrisio iki il ərzində zorlayıb.

Amma ikinci görüşdə Fabrisionun qolu qandallı olub. Tabata onu tutaraq digər əlindəki tapancanı caniyə yönəltmişdi.

Tabata bildirir ki, Fabrisio təbiəti sevən fotoqrafdır. Ətrafındakı insanlara sahillər, çaylar və gəzdiyi yerlər haqqında danışır. Tabatanın ailəsi ilə tanış olan Fabrisio qısa müddətə qızın atası ilə dostlaşır.

İki ailə qısa müddət sonra birlikdə səfərə çıxır və Uruqvay çayı yaxınlığında düşərgə qurur.

Tabata hadisəni belə xatırlayır: “Heç kəs olmayanda yanıma gəlir, məni əlləyirdi. Amma nə olduğunu başa düşmürdüm. İnsanlardan uzaqda, ağacların arasında, çayda üzəndə mənə təcavüz edirdi.

Bir gün onunla su almağa getdik. Məni yenə əllədi, əlindəm çıxıb qaçmağa başladım. Atam və anam heç nəydən şübhələnmədilər. Çünki ona çox etibar edirdilər.

Atam çox əsəbi adam idi. Onu öldürüb həbsə girə bilərdi. Bir uşağın beynindən min fikir keçir. Həm də elə bilirdim ki, anam mənə inanmayacaq”.

Fotoqraf Tabatanın universitet müəllimi olan bacısı olduğunu, anasının axşamlar işlədiyini, atasının da o saatda futbol oynadığını bilirmiş. Bu səbəbdən axşamlar gəlib çirkin əməllərinə davam edirmiş.

Tabata 11 yaşı olanda artıq söyüş söyərək etiraz edirmiş. O, anası xəstə olduğu üçün məsələni açıb-ağarda bilməyib. Eyni dövrdə isə atası Fabrisionun arvadı ilə intim münasibət qurub. İki dost düşmənə çevrilib.

Tabata uzun müddət baş verənləri unuda bilməyib. 16 yaşı olanda dostunun anasına məsələni danışıb. Məlum olub ki, fotoqraf başqa qızlara da təcavüz edib.

7 il sonra qız polisə şikayət edib. Amma işə baxılmayıb. Prokuror isə qıza qarşı kobud davranıb.

Fabrisio 7.5 il həbsə məhkum edilsə də, apellyasiya şikayəti ilə azadlığa buraxılıb. Bu zaman Tabatanın 24 yaşı var idi və polis akademiyasından məzun olurdu.

2016-cı ildə Tabataya xüsusi bir tapşırıq verilib. Fabrisio çay sahilindəki fermada gizlənirdi. Tabatanın polis həmkarı fotoqrafı həbs edir, onu kameraya isə qız özü göndərir... /ölkə.az





Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar