Sizin Reklam Burada
Xəbər lenti
05-09-2025
04-09-2025
BÜTÜN XƏBƏRLƏR

Tanışını yandıranın cəzası dəyişmədi

Tarix: 20-06-2018 16:09     Baxış: 3395 A- / A+
Tanışını yandıranın cəzası dəyişmədi



Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Səbuhi Ağayevin CM-nin 29,120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Manevr.az -ın məlumatına görə, ötən ilin oktyabr ayında Yasamal rayonunda aralarında baş vermiş mübahisə zamanı Səbuhi Ağayev tanışı Anar Muradovun üzərinə yanacaq tökərək, ona od vurub.

Yaralanan şəxs 5 saylı şəhər klinik xəstəxasına çatdırılıb, həkimlər onun həyatını xilas ediblər.

Cinayəti törədən Səbuhi Ağayev həmin gün Yasamal RPİ-nin əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, o hadisə zamanı sərxoş vəziyyətdə olub. İş üzrə dindirilmiş Ağayev Muradovu öldürmək niyyəti ilə yandırmadığını bildirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Məhkum hökmdən apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, S.Ağayevin şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlayıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar