Xəbər lenti
Adam öldürən kişi vicdan əzabına dözməyib özünü asdı - Məktubu tapıldı FOTO

İstanbuldan bayram tətili üçün gəldiyi Samsunda qonşunu xəstəxanaya apararkən avtomobili ilə vurduğu tələbəni ağır yaralayan yaşlı kişi addımı ilə hər kəsi dəhşətə gətirib.
65 yaşlı Recep Işık tələbə Barış Demiri maşını ilə vurduqdan sonra ağır yaralanan gənc xəstəxanaya çatdırılıb.
Qəzanın şokunu üzərindən ata bilməyən Recep Işık "Mən bu qəzanı necə etdim, niyə görmədim?" deyərək depressiyaya düşüb.
Tez-tez xəstəxana ilə əlaqə saxlayıb yaralı gəncin vəziyyətini həkimlərdən soruşan 65 yaşlı kişi tələbənin sağlamlığının təhlükədə olduğunu öyrənincə bir məktub yazaraq 2 mərtəbəli mənzilin damında özünü asıb. R.I səhərə yaxın qohumları tərəfindən tapılıb. R.I-nın yazdığı məktubda qəzaya görə çox məyus olduğunu və bu səbəbdən vicdan əzabı çəkdiyini yazdığı üzə çıxıb.
İntihar hadisəsi ilə bağlı istintaq davam edir.\milli.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar