Sizin Reklam Burada
Xəbər lenti
15-08-2025
14-08-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda yol polisi uşağın sürdüyü maşını qovdu - QƏZA OLDU (VİDEO)

Tarix: 20-06-2018 12:40     Baxış: 2456 A- / A+
Bakıda yol polisi uşağın sürdüyü maşını qovdu - QƏZA OLDU (VİDEO)

Bakı şəhərinin Nizami rayonunda yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Manevr.az lent.az xəbər verir ki, "Xəzər” universitetinin qarşısında "Mercedes S Class” markalı, 90 KL 506 dövlət qeydiyyat nişanlı avtomobil sürücünün idarəetməsindən çıxaraq hasara çırpılıb.

İlkin araşdırma zamanı məlum olub ki, qəza Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus 99 YP 509 dövlət qeydiyyat nişanlı "BMW”nin "Mercedes”i təqib etməsindən sonra baş verib. Belə ki, DYP əməkdaşı 14 yaşlı Samir Səfərovun (ad şərtidir) avtomobil idarə etdiyini görərək onu təqib edib. Həyəcanlanan uşaq uzaqlaşmaq istəyərkən qəza törədib.

Avtomobilin sahibi, qəzada yaralanan yeniyetmənin atası Vüqar Səfərov bildirib ki, yol polisinin onun oğlunun sürdüyü maşını təqib etməyə hər hansı əsası olmayıb: "Maşının üzərində həbs və ya ödənilməmiş cərimə yoxdur. Əgər uşaq qəzada xəsarət almayıb ölsəydi, necə olacaqdı? Bu barədə nazirliyə də müraciət etmişəm, xahiş edirəm bu kimi hallara son qoyulsun”.

Qeyd edək ki, uşaq atasından icazəsiz avtomobili idarə edirmiş.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar