Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Rayonların birində şok olay: İçki pulu üstündə anasına hücum çəkib...

Tarix: 20-06-2018 11:40     Baxış: 4324 A- / A+
Rayonların birində şok olay: İçki pulu üstündə anasına hücum çəkib...

Göygöl rayonunda anasını bıçaqlamaqda təqsirli bilinən 1998-ci il təvəllüdlü Rauf Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Kəramət Əliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, Göygöl rayonunda 1959-cu il təvəllüdlü Mötəbər Yusibova öz oğlu Rauf Əsgərov tərəfindən bıçaqlanıb.

Hadisə mübahisə zəminində qeydə alınıb. Ana qonşuya qaçmaq istəsə də, oğlu onların evi yaxınlığında anasına çatıb və qadını qarın nahiyəsindən bıçaqlayıb. Yaralı xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün Mötəbər Yusibovanın həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, sözügedən qadın bir neçə il əvvəl həyat yoldaşı tərəfindən də bıçaqlanıb. O, həmin vaxt Göygöl rayon xəstəxanasında müalicə olunub. Bu dəfə isə qadını böyük oğlu bıçaqlayıb.

Qadının iki oğlu var və onların hər ikisi spirtli içki aludəçisidir. Ailə başçısı vəfat etdikdən sonra onların dolanışıqlarında çətinliklər yaranıb. Qadının hadisəni törədən oğlu tez-tez anasından içki almaq üçün pul istəyirmiş.

Bütün bunlardan təngə gələn ana növbəti belə bir hal yaşanan zaman oğlundan içkini tərgitməsini, hər dəfə ona verəcək pulunun olmadığını deyib.

Lakin sərxoş halda olan oğul əsəbi şəkildə bıçağa əl ataraq onu vurub.

İstintaq orqanı tərəfindən Rauf Əsgərovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Rauf Əsgərov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar