Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Deputat gənc qızın intiharından danışdı

Tarix: 20-06-2018 10:23     Baxış: 3218 A- / A+
Deputat gənc qızın intiharından danışdı



"Gec də olsa, sosial şəbəkələrdə gənc qızımızın intihardan əvvəl çəkilmiş olan videosunu çox böyük üzüntü ilə izlədim. Mənim də o yaşda qızım var. Cəmiyyətin bir üzvünün, həm də yetkinlik yaşına çatmamış bir üzvünün itirilməsində başda valideynləri, yaxınları olmaqla, hamımız, bütün cəmiyyət günahkardır".

Manevr.az oxu.az-a istinadən bildirir ki, bunu millət vəkili Sona Əliyeva deyib.

Onun sözlərinə görə, nə qədər ki erkən evlilik, qadın və uşaqlara qarşı zorakılığın bütün formaları ictimai qınaqla qarşılanmayacaq, nə qədər ki bu tipli hadisələri hərənin "öz işi" kimi qəbul edəcəyik, bu cür ağır itkilər artmaqda davam edəcək.

Millət vəkili deyib ki, zaman-zaman insanlar həyatlarında çətinliklərlə qarşılaşdıqları an intihar və bu kimi halları ağlından keçirirlər:

"Gündəlik xəbərlərdə bu kimi hallar barədə informasiyalar yayıldıqca, bu fikrin reallaşması kimi hisslər də artır.

Statistika göstərir ki, intihar halları ilə bağlı xəbərlərin geniş müzakirəsi onun dəfələrlə artmasına gətirib-çıxarır ki, bu hal "Verter effekti" adlanır.

Mən mediadan və insanlarımızdan xahiş edərdim ki, gələcəyimizin, övladlarımızın xatirinə bu kimi xəbərləri paylaşmasınlar.

Bu paylaşımın övladını itirmiş ailəyə verdiyi ikiqat acını və kədəri duymazdan gəlməsinlər, yaxşı nümunə olmasa da, gənc bir övladımızın ruhuna ehtiramla yanaşsınlar və bunu müzakirə obyektinə çevirməsinlər. Nəyin düz, nəyin səhv olduğunu izah etməyə çalışmasınlar.

Heç olmasa bundan sonra bu kimi hadisələrin qarşısını almağa yönəldilmiş işlər görməyə, gənclərimizi və övladlarımızı bu kimi təhlükələrdən qorumağa çalışaq. Bu arada, dünəndən övladlarımın bununla bağlı suallarını cavablandırmaqda çətinlik çəkirəm. Sözün bitdiyi yerdəyəm".

S. Əliyevanın fikrincə, bir neçə həftə əvvəl "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun layihəsi ilə bağlı fikirlərini və təkliflərini bölüşüb:

"Bir daha qeyd edirəm ki, qeyri-qanuni, qeyri-etik və digər bu kimi hərəkətlərə məruz qalmış yetkinlik yaşına çatmayanların şəxsiyyətinin müəyyən olunmasına və ya açıqlanmasına bilavasitə imkan yaradan məlumatların: ad, soyad və atasının adının, ünvanının, fotoşəkil, video və səs yazılarının, təhsil aldığı və ya işlədiyi müəssisənin adının elektron və çap mediasında yayılmasının qadağan olunması adıçəkilən layihədə nəzərdən keçirilsin.

Çox istərdim ki, bunu təkcə qanunla tənzimləməyək, həm də vicdanımızı dinləyək və insanımıza olan ehtiramımızdan edək".\milli.az


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar