Xəbər lenti
Məşhur amerikalı reper öldürülüb

Ötən gün ABŞ-ın Florida ştatında 20 yaşlı reper “XXXTentacion” vəfat edib.
Ölümcül güllə yarası almış reper xəstəxanada komaya düşdükdən bir müddət sonra keçinib.
Florida ştatının Broudard polis idarəsi əsl adı Casey Dueyn Onfroy olan reperin qətlinin təfərrüatını açıqlayıb.
Hüquq mühafizə orqanlarının məlumatına görə, reperə küçədə iki silahlı şəxs hücum edib, onlardan biri tapançadan atəş açıb. Reperi ağır yaraladıqdan sonra cinayətkarlar onun bahalı “Louis Vuitton” brendindən olan çantasını oğurlayıb və avtomobilinə minərək aradan çıxıb. Müstəntiqlər cinayətin qarət məqsədilə törədildiyini ehtimal edir.
Digər bir ehtimala görə, hadisə sifariş əsasında baş verib. Onlar sadəcə çanta və avtomobili oğurlamaqla iz azdırmaq niyyətindədirlər. Heç kim belə bir məşhur reperi çanta və dəyərsiz qiymətə satacağı avtomobilə görə öldürməz.
İstintaq davam edir. Hüquq mühafizə orqanları hadisənin şahidlərini tapmağa çalışır.
Qeyd edək ki, “XXXTentacion”ın debüt albomu 2017-ci ilin avqust ayında işıq üzü görüb və “Billboard 200” çartında ikinci yeri tutub.minval.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar