Sizin Reklam Burada
Xəbər lenti
15-08-2025
14-08-2025
BÜTÜN XƏBƏRLƏR

Taksi sürücüsü 36 yaşlı kişini SÜRÜDÜ

Tarix: 11-06-2018 22:13     Baxış: 5323 A- / A+
Taksi sürücüsü 36 yaşlı kişini SÜRÜDÜ

Mingəçevir şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Manevr.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi, 12 ünvanında qeydə alınıb.

Üç uşaq atası olan 1982-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Abbasov Məhərrəm Nazim oğlu "VAZ-2106" markalı avtomobildə əyləşən keçmiş həyat yoldaşı və azyaşlı qızı ilə danışmaq üçün nəqliyyat vasitəsinə yaxınlaşıb. Lakin sürücü buna imkan verməyib və avtomobili işə salaraq sürüb. Maşın hərəkət edən zaman M.Abbasovun əli naməlum şəraitdə avtomobilə ilişib. Buna baxmayaraq sürücü maşını saxlamayıb və onu müəyyən məsafəyədək sürüyərək hadisə yerindən qaçıb. Nəticədə əl, diz, kürək və qarın nahiyələrindən ciddi xəsarət alan 36 yaşlı kişi xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən sürücü isə sonradan polis tərəfindən saxlanılıb.

M.Abbasov ayrıldıqdan sonra kiçik qızı keçmiş həyat yoldaşının, bir oğlu ilə qızı isə onun himayəsində qalıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar