Xəbər lenti
Lənkəran sakini atasını və qardaşını bıçaqladı

Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 11.30 radələrində şəhərin Axundzadə, 25 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan Samir Müdəris oğlu Heydərli ailə münaqişəsi zəminində 80 yaşlı atasına və 47 yaşlı qardaşı Mahirə bıçaqla ağır bədən xəsarətləri yetirib. Hər iki yaralı dərhal Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Boyun və bel nahiyəsindən kəsilmiş-deşilmiş yara alan Mahir Heydərli cərrahiyyə əməliyyatına götürülüb. Boyun və boğaz nahiyələrində kəsilmiş yaraları olan ata Müdəris Heydərova isə müvafiq tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.
Hadisəni törətmiş Samir Heydərli yaxalanaraq istintaqa cəlb olunub. Onun psixi problemləri olduğu bildirilir.
Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar