Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda avtobus qəzası: ÖLƏN VAR - VİDEO

Tarix: 11-06-2018 14:55     Baxış: 3494 A- / A+
 Bakıda avtobus qəzası: ÖLƏN VAR - VİDEO


Paytaxtda ötən gün törədilən qəza zamanı xəsarət alan sərnişindən başqa, bir nəfər də avtobusun altında qalaraq dünyasını dəyişib.

Manevr.az xəbər verir ki, Xəzər rayonu Binə qəsəbəsində 136 saylı marşrutun törətdiyi qəza ölümlə nəticələnib.

Qəza ilə bağlı yayılmış ilkin məlumatda hadisə zamanı cəmi bir nəfər sərnişinin xəsarət aldığı bildirilirdi. Lakin məlum olub ki, qəza zamanı idaretmədən çıxan sərnişin avtobusu yüksək sürətlə dayanacağa doğru girib. Dayanacaqda olan bütün sərnişinləri kənara itələməyi bacaran bir kişi özü qəzadan yayına bilmədiyi üçün avtobusun altında qalıb.

DİN-dən apa-ya verilən məlumata görə, Xəzər rayonu ərazisində Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Yelmar Atakişiyev idarə etdiyi “Daevo” markalı xətt avtobusunu yolun kənarındakı müşahidə kamerası quraşdırılmış dirəyə, sonradan isə səkidə dayanmış Bakı şəhər sakini Mansur Namazovu vurub.

Nəticədə M.Namazov və Y.Atakişiyevin sərnişini, paytaxt sakini Soltan Zərbəlizadə xəstəxanaya yerləşdiriliblər. M.Namazov orada ölüb.

Hadisəni törətmiş sürücü Yelmar Atakişiyev Xəzər Rayon Polis İdarəsinə aparılıb. İlkin ifadəsində o, eyni istiqamətdə hərəkətdə olarkən başqa bir avtobusun sürücüsü tərəfindən sıxışdırıldığı üçün bu qəzanın baş verdiyini deyib. Hazırda polis ərazidəki kameralar vasitəsi ilə qəzanın dəqiq səbəbini araşdırır.

Sözügedən daşıyıcı şirkətin direktoru Vüqar Əzimov ''Xəzər Xəbər''ə bildirib ki, sürücü Yelmar Atakişiyev artıq işdən çıxarılıb.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar