Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda tövlə UÇDU: 140 baş qoyun tələf oldu

Tarix: 10-06-2018 22:05     Baxış: 4408 A- / A+
Azərbaycanda tövlə UÇDU: 140 baş qoyun tələf oldu

Şəmkirdə fərdi təsərrüfatda tövlənin dağılması nəticəsində xeyli sayda xırda buynuzlu heyvan tələf olub.

Manevr.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Abbaslı kəndində baş verib.

Arzu Məmmədova məxsus tövlənin dağılması nəticəsində 140 başa yaxın qoyun tələf olub. Təsərrüfat sahibinin sözlərinə görə, bir müddət əvvəl baş verən zəlzələ nəticəsində tövlənin divarlarında çatlar əmələ gəlibmiş. Son günlər yağan güclü yağış nəticəsində isə köhnə tövlənin torpaqdan ibarət damı uçub. Həmin vaxt içəridə 300 qoyun olub.

Hadisə baş verdikdən sonra heyvanları dağıntılar altından çıxarmaq üçün qohum və qonşular köməyə gəlib və 160 baş xırda buynuzlu heyvanı dağıntılar altından çıxarıblar. Şəmkir rayon Baytarlıq İdarəsi isə vətəndaşların çağırışına müvafiq reaksiya verib və zəruri tədbirlər görülüb. Ərazidə dezinfeksiya işləri aparılıb, xəsarət alan heyvanlara yardım olunub. Ölən heyvanların xüsusi qazılmış çalalarda basdırılması işləri də baytarların nəzarəti altında aparılır.
Azərbaycanda tövlə UÇDU: 140 baş qoyun tələf oldu

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar