Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Yeni təmirdən çıxan "Sahil" metrosunda problem yarandı

Tarix: 08-06-2018 23:09     Baxış: 4307 A- / A+
Yeni təmirdən çıxan "Sahil" metrosunda problem yarandı


Metronun ötən gün açılışı olan "Sahil" stansiyasında eskalatorların fəaliyyətində fasilə yaranıb.


Manevr.az xəbər verir ki, gün ərzində bir neçə dəfə enən eskalatorların hərəkəti dayanıb.

"Bakı Metropoliteni"QSC-nin mətbuat xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Bəxtiyar Məmmədov "report"a açıqlamasında bildirib ki, hadisə səhər saatlarında baş verib:

"Səhər saat 10 radələrində "Sahil" stansiyasındakı 3 və 4 saylı (enən) eskalatorlarda 3 dəfə hadisə baş verib. Bu səbəbdən də eskalatorların avtobloklanması baş verib. Hər dəfə fasilə 30-40 saniyə çəkib. Yeni eskalatorların fəaliyyəti tam avtomatlaşdırıldığı üçün avtobloklanmanın olması normaldır".

B.Məmmədov deyib ki, hadisənin səbəbləri araşdırılacaq:

"Bu gecə həmin hadisənin başvermə səbəbləri araşdırılacaq və tam aradan qaldırılacaq".

Qeyd edək ki, "Sahil" stansiyası 2017-ci ilin avqustun 21-də metronun təmirə bağlanıb. Ötən gün isə Azərbaycan Prezidenti İlham Əliyev metronun bu stansiyasının təmir və yenidənqurmadan sonra açılışını edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar