Sizin Reklam Burada
Xəbər lenti
18-09-2025
17-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bakıda qardaşını öldürən gəncin şikayəti təmin edilmədi

Tarix: 15-10-2016 11:29     Baxış: 3498 A- / A+
Bakıda qardaşını öldürən gəncin şikayəti təmin edilmədi

Bakı Apelyasiya Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirləndirilən Faiq Xəlilovun apelyasiya şikayətinə baxılıb.

Manevr.az xəbər verir ki, ittihama görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Rayonun İlyas Aslanov küçəsində 32 yaşlı Məlik Xəlilov ilə 22 yaşlı qardaşı Faiq Xəlilov arasında şəxsi münasibətlər zəminində mübahisə düşüb. Mübahisə zamanı Faiq Xəlilov qardaşını qətlə yetirib.

Hadisəni törədən Faiq Xəlilov Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faiq Xəlilov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Faiq Xəlilov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Faiq Xəlilov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Faiq Xəlilovun şikayəti təmin edilməyib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar