Sizin Reklam Burada
Xəbər lenti
21-01-2025
BÜTÜN XƏBƏRLƏR

"Siz məni öz ölkəmə göndərin, orda bəraətimi alacam"

Tarix: 04-06-2018 15:19     Baxış: 4315 A- / A+
"Siz məni öz ölkəmə göndərin, orda bəraətimi alacam"


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyə vətəndaşı Turqut Kamal Abdulsəlamın öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyinin təqdimatı üzrə məhkəmə iclası davam etdirilib


Manevr.az report-a istinadən xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə T.Kamal ifadə verib.

O, dindirilən zaman Türkiyəyə getmək istədiyini deyib. T.Kamal 8 övladının olduğunu, ittihamları rədd etdiyini bildirib:

"Siz məni öz ölkəmə göndərin, orda bəraətimi alacam".

Prosesdə daha sonra Ədliyyə Nazirliyinin nümayəndəsi çıxış edib. O deyib ki, T.Kamal həm Almaniya, həm də Türkiyədə cinayət əməli törədib: "Hər iki ölkə tərəfindən bizə sorğular daxil olub. Lakin təqsirləndirilənin Türkiyə vətəndaşı olduğuna görə öz ölkəsinə eksradisiya olunmasını məqsədə uyğun hesab edirik".

Türkiyə səfirliyin nümayəndəsi də vətəndaşlarının təhvil verilməsini tələb edib.

Məhkəmə iclası növbəti həftə davam etdiriləcək.

Qeyd edək ki, ittihama görə, T.Kamal Almaniyada narkotik vasitələrin dövriyyəsində təqsirləndirilir. O, 2006-2007-ci ildə Almaniya və Holllandiyaya narkotik vasitələrin daşınmasını maliyyələşdirib.

Həmçinin T.Kamal Türkiyə tərəfindən də axtarışa verilib.

Daha əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində Almaniyanın sorğusuna baxılıb. Həmin sorğu təmin edilib. Lakin Bakı Apellyasiya Məhkəməsi zamanı Türkiyə tərəfi də T.Kamal haqqında axtarış elan edib və Azərbaycan tərəfindən eksradisiya edilməsini tələb edib. Bu səbəbdən iş birinci intansiya məhkəməsinə qaytarılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar