Sizin Reklam Burada
Xəbər lenti
25-04-2024
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda məhbusdan inanılmaz cinayət - ƏFV adı ilə məhbusları aldatdı

Tarix: 01-06-2018 16:55     Baxış: 5282 A- / A+
Bakıda məhbusdan inanılmaz cinayət - ƏFV adı ilə məhbusları aldatdı

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə imzalanan əfv sərəncamına məhkumların adlarının salınması adı ilə onların yaxın adamlarından pul alan şəxslə cinayət işi başlanılıb.

Bu barədə Əfv Məsələləri Komissiyası və Baş Prokurorluğunun birgə məlumat yayıb.

Belə ki, cinayət işinin istintaqı zamanı Allahverdiyev Vüqar İsax oğlu Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 7 və 13 saylı cəzaçəkmə müəssisələrində saxlanıldığı müddətdə ona telefonla olan danışıq hüququndan istifadə etməsi üçün yaradılmış şəraitdən yararlanaraq özü ilə birlikdə cəza çəkən ayrı-ayrı şəxslərin yaxın qohumlarına zəng etdiyi məlum olub.

O, həmin məhkumların adlarının əfv olunan şəxslər siyahısına saldıracağını deyərək naməlum şəxslər vasitəsi ilə Quliyeva Kəmalə İnqilab qızından 3000 manat, Məmmədov Firdovsi Tanverdi oğlundan 2500 manat, Həsənov Namiq Məmməd oğlundan 3000 manat tələb edib edib və eyni niyyətlə Məlikova İradə Vahab qızından tələb etdiyi 1500 manat pulu ələ keçirməyə cəhd edib. Habelə cinayət işi üzrə həmin xüsusatlar araşdırılarkən müəyyən edilmiş digər qanunsuz hərəkətləri törətməsinə şübhələr üçün əsaslar olduğundan, ona Cinayət Məcəlləsinin 178.2.2 (təkrar törədilməklə dələduzluq), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət verməyə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar