Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
04-08-2026
BÜTÜN XƏBƏRLƏR

Bakıda 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli partlayışa görə VƏZİFƏLİ ŞƏXS TUTULDU

Tarix: 01-06-2018 13:05     Baxış: 3345 A- / A+
Bakıda 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli partlayışa görə VƏZİFƏLİ ŞƏXS TUTULDU


Bakıda dörd nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı bir nəfər həbs edilib.


Bakı şəhər Prokurorluğundan Manevr.az az-a verilən məlumata görə, mayın 21-də Binəqədi rayonu ərazisində yerləşən "Azərtransservis" Açıq Səhmdar Cəmiyyətinin (ASC) həyətində fəaliyyət göstərən çayxanada 4 nəfərin ölümü ilə nəticələnən partlayışla əlaqədar başlanmış cinayət işi üzrə həmin ASC-nin icraçı direktoru Haqverdiyev Arif Məmməd oğlu təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, mayın 21-də, saat 15 radələrində Binəqədi rayonu ərazisində yerləşən "Azərtransservis" Açıq Səhmdar Cəmiyyətinin həyətində fəaliyyət göstərən çayxanada propan qaz balonlarının partlaması nəticəsində iki nəfər hadisə yerində, xəsarət almış iki nəfər isə xəstəxanada ölüb.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.






Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar