Xəbər lenti
Çöl itlərinin parçaladığı kriminal aftoritet olub? - ŞOK FOTOLAR

Bakıda heyvanlar tərəfindən parçalanmış meyiti tapılan şəxslə bağlı maraqlı faktlar məlum olub.
Manevr.az xəbər veiri ki, hüquq-mühafizə orqanlarından verilən məlumata görə, meyiti tapılan şəxsin kriminal aləmin üzvü olması, xristian dininə mənsubluğu və məhkumluq həyatı yaşadığı ehtimal edilir.
Bu iddiaları meyitin üzərindəki döymələr də təsdiqləyir. Millixeber.com-un əldə etdiyi fotolardan aydın görünür ki, onun bədənində xaç, Müqəddəs Məryəmlə İsanın, oğru dünyasının simvollarından sayılan 8 guşəli ulduz və digər işarələrin döymələri, ayağında isə "05 уголовный кодекс” döyməsi var.
Hüquq-mühafizə orqanlarından həmçinin bildirilib ki, heyvanlar meyiti parçaladığı üçün onun üzü tanınmaz hala düşüb. Bu səbəbdən də onun kimliyi müəyyənləşdirmək hələlik mümkün olmayıb. Lakin onun kriminal aləmlə bağlı olması və məhkumluq həyatı yaşaması ehtimalı nəzərə alınaraq, Penitensiar Xidmətin bütün Cəzaçəkmə Müəssisələrinə sorğu göndərilib.
Hazırda meyiti tapılan şəxsin kimliyinin və ölümünün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Qeyd edək ki, ötən gün paytaxtın Qaradağ rayonu ərazisində sakinlər yol kənarında insan meyitinin itlər tərəfindən parçalandığının şahidi olublar. Dərhal əraziyə polis əməkdaşları çağırılıb.
Manevr.az




Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar