Sizin Reklam Burada
Xəbər lenti
02-05-2024
01-05-2024
BÜTÜN XƏBƏRLƏR

Göyçayda QANLI OLAY: Pomidor üstündə öldürdülər

Tarix: 30-05-2018 15:37     Baxış: 4228 A- / A+
Göyçayda QANLI OLAY: Pomidor üstündə öldürdülər

Göyçay rayonunda ticarətlə məşğul olan şəxslər arasında dava ölümlə nəticələnib.

Manevr.az apa-ya istinadən xəbər verir ki, rayonun Ləkçiplaq kənd sakini, 1970-ci il təvəllüdlü Məmmədov Cümşüd Məhəmməd oğlu bu gün saat 13:00 radələrində kənd qəbiristanlığının yaxınlığında hələlik şəxsiyyəti məlum olmayan iki nəfərlə mübahisə edib.

Mübahisə sonradan davaya çevrilib. Dava zamanı həmin şəxslərdən biri Cümşüd Məmmədovu yumruqla vuraraq itələyib.

Yerə yıxılan C. Məmmədov dünyasını dəyişib.

Onun isti havada əsəb gərginliyi keçirdiyi və ürəktutmasından öldüyü ehtimal edilir.

Digər şəxslər qara rəngli "QAZ 24” markalı minik maşını ilə hadisə yerindən qaçıblar.

Kənd sakinlərinin sözlərinə görə, Lənkəran sakinləri olduğu ehtimal edilən həmin şəxslər Ləkçiplaq kənd sakinlərindən pomidor alırmışlar.

Cümşüd Məmmədov həm öz həyətindəki pomidoru, həm də qohumların məhsulunu həmin şəxslərə nisyə verib, lakin pulunu ala bilməyib. Onların arasında mübahisə də bu səbəbdən baş verib. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Polis əməkdaşları hadisəni törədən şəxslərin tapılması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirirlər.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar