Sizin Reklam Burada
Xəbər lenti
30-04-2024
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda arvadını xəyanətdə günahlandıran kişidən DƏHŞƏTLİ ƏMƏL - TƏFƏRRÜAT

Tarix: 29-05-2018 11:07     Baxış: 3384 A- / A+
Bakıda arvadını xəyanətdə günahlandıran kişidən DƏHŞƏTLİ ƏMƏL - TƏFƏRRÜAT

Bakıda qadının həyat yoldaşı tərəfindən boğularaq öldürülməsi hadisəsinin maraqlı təfərrüatları üzə çıxıb.

Manevr.az lent.az-a istinadən xəbər verir ki, Salyan rayon sakini, 1983-cü il təvəllüdlü Anar Yusifov özündən bir yaş kiçik olan həyat yoldaşı Kifayəti qısqanclıq zəminində öldürdüyünü bildirib.

Bildirilir ki, Buzovna qəsəbəsində həyat yoldaşı və 2 övladı ilə birgə kirayə yaşayan Kifayət Yusifova metronun "Xalqlar Dostluğu" stansiyası yaxınlığında yerləşən gözəllik salonunda işləyirmiş. Mayın 25-də işə çıxmayan qadının rəfiqəsi onun həyat yoldaşına zəng edib. Anar Yusifov deyib ki, Kifayət ölüb və Salyana apararaq dəfn ediblər. Bir gün əvvəl rəfiqəsi ilə birgə olduğunu deyən və onun səhhətində hər hansı problemin olmadığını bilən qadın dərhal polisə müraciət edib.

Məlum olub ki, 35 yaşlı Anar evdə uşaqların olmadığı vaxt Kifayətlə mübahisə edib. O bildirib ki, son vaxtlar xanımı telefonu koda qoyurmuş: "Kiminləsə danışmasından şübhələnmişdim, telefonunu məndən gizlədirdi və kilidə qoymuşdu. Nə qədər istəsəm də telefonu vermədi".

Mübahisə daha sonra münaqişəyə çevrilib və Anar Yusifov yastığı həyat yoldaşının ağzına basaraq onu boğub. O, daha sonra Salyandakı qohumlarına zəng edərək Kifayətin qəfil öldüyünü deyib və meyiti birgə rayona apararaq qəbiristanlıqda dəfn ediblər.

A.Yusifovun əməlinin üstü açılan kimi o, həbs edilib.

Qeyd edək ki, ailənin 8-10 yaşında iki qız övladı var.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar