Xəbər lenti
Polis əməkdaşı məhkəmə binasında 17 yaşlı qıza təcavüz etdi
İzmirdə kiçik yaşda cinsi istismara məruz qaldığı üçün məhkəmə binasında polis məmuru tərəfindən təcavaz olunub.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, cinsi istismara məruz qalan 17 yaşlı zərər çəkmiş Rəbiyə Y hadisə ilə bağlı məhkəməyə baş vurub. O ifadə vermək üçün gözlədiyi Ağır Ceza Məhkəməsinin şahid otağında polis məmurunun cinsi hücumuna məruz qaldığını iddia edib.
Həmin polis məmuru Ferrux D. azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər etməkdə günahlandırılaraq saxlanılıb. Məhkəmə qarşısında ofadə verən polis məmuru "Rabia Y. mənə böhtan atır” deyib.
İddiaya görə, polis məmuru Fərrux D, iddiaya görə şahid otağında gözləyən Rabia Y. ilə baş-başa qalarkən onun bədəninin müxtəlif yerlərinə toxunub və əllə təcavüz edib. Ədliyyədə çalışan şəxslərdən A.Ş şahid otağından səs eşidib. Daha sonra o vəziyyəti məhkəməyə bildirib:
""Qapını itələdim ancaq açılmadı. Qapının arxasında bir şey var idi. İtələməyə davam etdim və polis məmuru ilə zərərçəkmiş qızı qapının arxasında gördüm. Polis məmuru həddindən artıq tərləmiş və panika halında idi”.
Bundan sonra həmin polis məmuru haqqında protokol yazılıb və cinsi istismarda günahlandıraraq məhkəmə qarşısına çıxarılıb. İki uşağ atası Fərrux D məhkəmədə özünü bu sözlərlə müdafiə edib:
"Mən şəkərli diabet xəstəsiyəm və cinsi problemlərim var. Çünki yüksək dozda insulin istifadə edirəm və bundan ötəri problem yaşayıram”.
Şahid olaraq dinlənilən polis məmurunun həyat yoldaşı B.D məhkəmədə belə ifadə verib:
"2014-ci ildə 24 həftəlik hamiləlik dövründə erkən doğuş etdim və uşağımızı itirdik. Hadisədən sonra yoldaşımla cinsi problemlər yaşadıq. Həyat yoldaşımın belə bir cinayət işləyəcəyinə inanmır.
Bu açıqlamalardan sonra Fərrux D xəstəxanaya seövq edilib. Məhkəmə hesabatları və digər sübutların qiymətləndirilməsi üçün təxirə saldı.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar