Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Atışmada iştirak edənlərin cəzaları artırılıb FOTO

Tarix: 25-05-2018 10:01     Baxış: 4256 A- / A+
Atışmada iştirak edənlərin cəzaları artırılıb


Bakı Apellyasiya Məhkəməsində Samir Allahyarov, Tofiq Qaramizadə, Hüseyn Hüseynov, Bəhruz Rəfiyev, Fuad Əsgərov, Murtuza Tağıyev, Müzəffər Cəfərov, Araz Vəliyev və Süleyman Abdullayevın CM-nin 29,120.1 (qəsdən adam öldürməyə cəhd), 182 (hədə-qorxu yolu ilə tələb etmə), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qisminə istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Manevr.az məlumatına görə, 2016-cı il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında silahlı insident baş verib.

Hadisə zamanı Fuad Əsgərov və Bəhruz Rəfiyev “Makarov” markalı tapançadan açılan atəşlər nəticəsində yaralanıblar, Süleyman Abdullayev isə bıçaqlanıb. Hər iki yaralını dostları Nərimanov rayonu ərazisində fəaliyyət göstərən “City Hospitala” gətirsələr də, 1-2 saatdan sonra araşdırmaya başlayan Bakı şəhər Baş Polis İdarəsi və Səbail rayon polis idarəsinin əməkdaşları yaralıları Kliniki Tibbi Mərkəzə köçürülmələrini təmin ediblər. Hadisə yerinə baxış zamanı 5 ədəd giliz və qan nümunələri götürülüb.

Qeyd edək ki, polisə insident haqda ABŞ-ın Bakıdakı səfirinin müavini Derek Hoqan məlumat verib. İş ondadır ki, onun istifadəsində olan “Chevrolet” markalı avtomaşın restoranın yanında parklanıb, Hoqan özü isə səfirin evində qonaq olub. Açılan atəşlərdən biri maşına dəysə də, xoşbəxtlikdən sükan arxasında əyləşən sürücüdən yan keçib.

İş üzrə ibtidai istintaq Bakı şəhər prokurorluğu tərəfindən aparılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Allahyarov 10 il, F.Əsgərov 8 il, T.Qaramizadə 7 il, H.Hüseynov 4 il 6 ay, B.Rəfiyev və M.Cəfərov 4 il, S.Abdullayev, A.Vəliyev və M.Tağıyev 3 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

Hökmdən prokuror protest, təqsirləndirilən şəxslər isə apellyasiya şikayətləri veriblər.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib. Qərara əsasən, S.Allahyarovun cəzası 15 ilədək, F.Əsgərovun cəzası 10 ilədək və S.Abdullayevin cəzası 7 ilədək artırılıb.

Təqsirləndirilən H.Hüseynovun cəzası 3 il 6 aya endirilib.\oxu.az


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar