Xəbər lenti
80 yaşlı kişi kanala düşdü, 24 saat suda qaldı, amma ölmədi... - Bərdədə İNANILMAZ OLAY - FOTO
Bərdə rayonunda 80 yaşlı kişi balıq tutarkən su kanalına düşüb.
Manevr.az-ın verdiyi xəbərə görə, 1938-ci il təvəllüdlü Əliyev Göyüş Ağəli oğlu 24 saatdan artıq suda qalandan sonra xilas edilib.
Hadisə rayonun Əyricə kəndi ərazində yerləşən Şor kanalında baş verib.
Məlumata görə, G.Əliyev axşam saatlarında ərazidə balıq tutarkən qəfildən ayağı sürüşərək suya düşüb. Suda carəsiz vəziyyədə qalan kişi bir gündən artıq müddətdə ölümlə mübarizə aparıb. Suyun axarı güclü olduğundan qoca kişi düşdüyü ərazidən bir necə kilometr uzaqlaşıb, nəhayət koldan tutaraq qalıb.
Ərzidə xidmət aparan Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları hadisədən xəbər tutaraq kişini xilas ediblər.
Sudan cıxarılan şəxs dərhal xəstəxanaya aparılıb. Xəstəxanada məlum olub ki, onun ayaqlarını don vurub, balıqlar dişləyərək xəsarət yetirib, əllərini isə kol-kos yaralayıb.
Hazırda G.Əliyevin vəziyyəti kafi olaraq qalır və ev şəraitində müalicə alır./ report
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar