Sizin Reklam Burada
Xəbər lenti
23 may
22 may
BÜTÜN XƏBƏRLƏR

Dostları ilə birgə qohumunu soyan qız: "100 min pulun 5 minini qıza verəcəkdik"

Tarix: 17-05-2018 16:08     Baxış: 3129 A- / A+
Dostları ilə birgə qohumunu soyan qız: "100 min pulun 5 minini qıza verəcəkdik"


Bakıda quldurluq və silsilə oğurluqlar edən dəstə üzvləri zərərsizləşdirilib.

Manevr.az ARB TV-yə istinadən məlumatına görə, Suraxanı rayon sakini Adil Babayev Xəzər Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, tanımadığı 3 nəfər şəxs onun idarə etdiyi "VAZ-2106" markalı avtomobilə müştəri kimi əyləşərək onları Türkan qəsəbəsinə aparmağı xahiş edib.

Qeyd edilən ünvana çatanda isə həmin şəxslər ona hücum edərək bir ədəd qızıl üzüyünü və 100 manat pulunu quldurluq yolu ilə ələ keçiriblər.

Araşdırma zamanı məlum olub ki, həmin şəxslər sürücünün Bülbülə qəsəbəsində yerləşən evinin və mənzildə olan seyfin açarlarını da əldə ediblər. Daha sonra dəstə üzvlərindən ikisi sürücünün yanında qalıb, digər şəxs isə zərərçəkənin evinə yollanaraq seyfdə olan 6000 manat pulu ələ keçirib.

Bakı Şəhər Baş Polis İdarəsi, Xəzər və Xətai Rayon Polis İdarələri əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Sevda Gözəlova, Şəms Məmmədov, həmçinin Masallı rayon sakinləri Samir Həşimov, Elvin Kazımov və Aysel Məmmədova saxlanılıblar.

Qeyd edək ki, taksi sürücüsündə pul olması barədə dəstə üzvü Ş.Məmmədova zərərçəkənin qohumu S.Gözəlova məlumat verib. Ş.Məmmədov isə öz növbəsində digər saxlanılanlarla birlikdə qurduqları plana uyğun olaraq qeyd edilən cinayəti həyata keçiriblər.

Aysel Məmmədova (saxlanılan şəxs): "Samirə dedi ki, belə bir adam var, heç kimi də yoxdur. Bir qız seyfi görüb və seyfdə 100 min pul var. 5 mini qıza verək, qalan pulu da bölək. Kişini bizə göstərdilər. Mən oturdum dayanacaqda, bunlar gedib kişiyə baxıb, tanıdılar. Gələndə minib maşına, Türkana sürməyini istədik".

Türkan qəsəbəsində taksi sürücüsünün yanında E.Kazımov və A.Məmmədova qalıb, S.Həşimov isə mənzilin açarlarını götürərək zərərçəkənin evinə yollanıb və oradakı seyfdən 6000 manat pul oğurlayıb.

Araşdırma zamanı dəstə üzvlərinin Xətai rayonunda yerləşən vətəndaş Məhəmməd Əzizovun evinə oğurluq məqsədilə daxil olduqları və həmin mənzildən 5000 manat dəyərində qızıl və məişət əşyaları götürərək satdıqları məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri əməliyyat tədbirləri və istintaq hərəkətləri davam etdirilir.

Saxlanılanların digər cinayətlərdə iştirakları da istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102 - Zəng Mərkəzi" Xidmətinə və ya Xəzər Rayon Polis İdarəsinə müraciət edə bilərlər.


Manevr.az








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2018    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar